Gənc sərhədçilər and içdi
26 iyul 2015 15:37 (UTC +04:00)

Gənc sərhədçilər and içdi

İyulun 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən “N” saylı təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbir hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun gənc əsgərləri salamlaması ilə başlayıb.

 

Daha sonra  DSX-nin Şəxsi heyət üzrə Baş İdarəsinin rəisi, general-mayor Azad Ələkbərov şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edib.

 

Mərasimdə gənc əsgərlərin valideynləri də söz alaraq övladlarına Vətəni göz bəbəyi kimi qorumağı, intizamlı və məsuliyyətli olmağı,  komandirlərin əmrlərini canla-başla yerinə yetirmələrini tövsiyə ediblər.

 

DSX rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramı oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.

 

Tədbir gənc sərhədçilərin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338
avatar

Oxşar yazılar