Gənc qızın ölümündə təqsirləndirilən klinika rəhbəri Ali Məhkəməyə müraciət etdi
24 iyun 2019 12:32 (UTC +04:00)

Gənc qızın ölümündə təqsirləndirilən klinika rəhbəri Ali Məhkəməyə müraciət etdi

“StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və klinikanın direktoru Cəbrayıl Sultanov barələrində olan hökmlərdən kassasiya şikayəti verilib
 
APA-nın məlumatına görə, təqsirləndirilən şəxslərin şikayəti Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.
 
Məhkəmə baxışının tarixi yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
 
Yasamal rayon Məhkəməsinin hökmünə əsasən S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.
 
Məhkəmənin hökmü ilə E.Quluzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib.
 
C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.
 
Hər üç həkim hökmdən apellyasiya şikayəti verib.
 
Bakı Apellyasiya Məhkəməsində onların şiklayəti təmin edilməyib.
 
Səlcuq Elçin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21