Gədəbəydə iki avtomobil toqquşdu: <span style="color:red;">ölən və yaralananlar var
30 iyul 2016 15:43 (UTC +04:00)

Gədəbəydə iki avtomobil toqquşdu: ölən və yaralananlar var

0

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızıltorpaq kəndi ərazisidnə qeydə alınıb. Rayon sakini Yaşar Məmmədovun idarə etdiyi "Zil" markal yük avtomobillə Nazim Mürsəlovun idarə etdiyi "VAZ21011" markalı avtomobil toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onaların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar