Gecəyarısı Türkiyə vətəndaşını soydular - TƏFƏRRÜAT
21 yanvar 2013 16:48 (UTC +04:00)

Gecəyarısı Türkiyə vətəndaşını soydular - TƏFƏRRÜAT

Bakıda Türkiyə vətəndaşına qarşı quldurluq edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ulucay Zəkini bıçaqla hədələyərək döyüb, ondan 2000 manat pul və mobil telefonunu almış Bakı şəhər sakinləri Orxan Əzizov, Samir Arzumanov tutulub.

 

Yasamal rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, Z.Ulusoy yanvarın 19-da saat 05 radələrində İ.Qurtqaşınlı küçəsində naməlum şəxslərin hücumuna məruz qalıb. Bu barədə polisə zərərçəkmiş özü məlumat verib. O bildirib ki, tanımadığı şəxslər binanın girişində ona yaxınlaşıb və bıçaq çıxararaq vurmağa başlayıblar. Onlar Türkiyə vətəndaşının “İPhone” markalı mobil telefonunu, 8 min manat pul və 3500 dolları zorla alaraq qaçıblar. Naməlum istiqamətə qaçmış şəxslərdən ikisi çox keçmədən yaxalanıb.

 

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871
avatar

Nizam Rza

Oxşar yazılar