Gecəyarısı evə basqın edən şəxs qızla qarşılaşdı
03 avqust 2017 12:17 (UTC +04:00)

Gecəyarısı evə basqın edən şəxs qızla qarşılaşdı

0

Mingəçevirdə quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 2-də saat 3.00 radələrində Mingəçevir şəhərində yaşayan Etibar Mehdiyevin evinə qarət məqsədilə  pəncərədən girən naməlum şəxs axtarış apararkən səs-küyə oyanan onun qızı Sənəmi bıçaqla hədələyib və oradan mobil telefon aparıb.

 

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elman Qurbanov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 241

Oxşar yazılar