Fizuli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə “Qayıdış-1” qəsəbəsi, ev 73 ünvanında, Elmira Əmir qızı Quliyevaya məxsus evdə qeydə alınıb. Partlayış həmin ünvanda yerləşən yarımçıq tikilidə baş verib.
Partlayış nəticəsində 1980-ci il təvəllüdlü Mahnur Əhəd qızı Həsənova, 1963-cü il təvəllüdlü Fəxri Əbil qızı İbişova, 1982-ci il Gülgəz Nəcəf qızı Quliyeva, 1983-cü il təvəllüdlü Jalə Həsrət qızı Muradxanova, 1973-cü il təvəllüdlü Sahibə Xaləddin qızı Xaləddinova, 1968-ci il təvəllüdlü Zoya Cavanşir qızı Bayramova və 2007-ci il təvəllüdlü Amil Əli oğlu Quliyev xəsarət alıblar.
Polisdən həmçinin bildirilib ki, baş verən partlayış nəticəsində A. Quliyev və S. Xaləddinovanın vəziyyəti yüngül, qalan beş nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.