Bir neçə gün əvvəl Füzuli rayonunda keçirilən yas mərasimində baş verən partlayış nəticəsində xəsarət alanlardan ikisi dünyasını dəyişib.
Bu barədə APA-ya Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, yanıq xəsarətləri ilə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən 1980-ci il təvəllüdlü Mahnur Əhəd qızı Həsənova və 1963-cü il təvəllüdlü Fəxri Əbil qızı İbişova aldıqları xəsarətdən vəfat ediblər.
Qeyd edək ki, hadisə oktyabrın 3-də “Qayıdış-1” qəsəbəsi, ev 73 ünvanında, Elmira Əmir qızı Quliyevaya məxsus evdə qeydə alınıb.
Partlayış nəticəsində xəsarət alan digər şəxslər - 1982-ci il Gülgəz Nəcəf qızı Quliyeva, 1983-cü il təvəllüdlü Jalə Həsrət qızı Muradxanova, 1973-cü il təvəllüdlü Sahibə Xaləddin qızı Xaləddinova, 1968-ci il təvəllüdlü Zoya Cavanşir qızı Bayramova və 2007-ci il təvəllüdlü Amil Əli oğlu Quliyevin müalicəsi davam etdirilir.