Füzulinin şəhər icra nümayəndəsi barəsində həbs-qətimkan tədbiri seçilib  - YENİLƏNİB
15 yanvar 2016 10:48 (UTC +04:00)

Füzulinin şəhər icra nümayəndəsi barəsində həbs-qətimkan tədbiri seçilib - YENİLƏNİB

 

Füzuli rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin saxlanılmasına rayon icra hakimiyyətindən aydınlıq gətirilib.

 

Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, Füzuli Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, saxlanılan şəhər icra nümayəndəsi haqqında artıq məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

 

"Ancaq hələlik həbs qətimkan tədbirinin müddəti barədə idarəmizdə heç bir məlumat yoxdur. Şakir müəllim əvvəl hətta icra başçısının müavini vəzifəsində də işləyib. Ancaq onun dövlətə və dövlətiçiliyə qarşı çıxacağı heç kimin ağlına gəlməzdi. O, rayon ərazisində yanvarın 13-də qanunsuz aksiya təşkil etdiyi, vətəndaşları həmin etirazlarda iştirak etməyə çağırdığı üçün həbs edilib. Maraqlı məqam odur ki, saxlanan Şakir Hacıyev rayonda deyil, Bakıda həbs edilib. O, özü heç bir aksiyaya qoşulmayıb, paytaxtda ola-ola vətəndaşları oradan aksiyalara səsləyib", - deyə icra hakimiyyətindən bildirdilər.

 

Əslən Füzuli rayonundan olan şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Ailəlidir, 4 qız övladı var. Həyat yoldaşı dünyasını dəyişib.

 

Ş. Hacıyevin dünən axşam saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılıb. Bildirilirdi ki, yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunurdu.

 

**

 

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

APA-nın məlumatına görə, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.

 

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov APA-ya Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar