Fransadan dövlət başçısı İlham Əliyevə təbrik
12 oktyabr 2013 15:30 (UTC +04:00)

Fransadan dövlət başçısı İlham Əliyevə təbrik

Senator, Fransa Senatının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Jan Mari Bokel Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırıram. Bu seçkilərin nəticələri xüsusilə ona görə mühümdür ki, əhalinin seçkilərdə iştirak səviyyəsi çox yüksək olub. Beləliklə, yaratdığınız siyasi sabitlik nəticəsində Siz öz gözəl ölkənizin müasirləşdirilməsini davam etdirə biləcəksiniz. Eyni zamanda, ölkənizin Avropa Şurasında üzvlüyü çərçivəsində demokratik islahatları da davam etdirə biləcəksiniz. Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar