PSJ “İnter”in qapıçısı Samir Handanoviçi heyətinə qatmaqda maraqalıdı. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliyanın nüfuzlu “La Gazette dello Sport” nəşri xəbər yayıb.
Bildirilib ki, fransızlar “çərçivə qoruyucusu” üçün 15 milyon avrodan keçməyə razıdır. Qapıçı özü də bu keçiddə maraqlıdr. Belə ki, Handanoviç gələn mövsümdən Çempionlar Liqasında çıxış edən bir klubda oynamaq istəyir.
Artıq milanlılar onun əvəzində mümkün variantları da nəzərdən keçirirlər. İddialara görə, “İnter” elə PSJ-nin qapıçısı Salvatore Siriqu və ya “Barselona”dan Ter Steqeni heyətinə qatmaq istəyir.