Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq etdi
22 iyul 2013 16:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq etdi

 

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, son günlər çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artıb.

 

Eyni zamanda çimərlik mövsümü başlayandan (1 iyun) qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə suda boğularaq batmış 28 nəfərdən 10-u azyaşlıdır. Fövqəladə Hallar Nazirliyi vətəndaşların bir daha nəzərinə çatdırır ki, isti yay günlərində uşaqların qeyri-qanuni çimərliklərdə hərəkətlərini məhdudlaşdırsınlar, onların xüsusilə küləkli havada dalğalı suya nəzarətsiz şəkildə daxil olmalarına icazə verməsinlər, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin tələblərinə sözsüz əməl etsinlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2627
avatar

Oxşar yazılar