FİFA AFFA-ya başsağlığı məktubu göndərib
18 yanvar 2016 17:50 (UTC +04:00)

FİFA AFFA-ya başsağlığı məktubu göndərib

 

FİFA futbol veteranı Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktub FİFA prezidenti səlahiyyətlərini icra edən İssa Hayatou tərəfindən imzalanıb.

 

Məktubda qeyd olunub ki, “Neftçi” klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Valeri Hacıyevin dünyasını dəyişməsi beynəlxalq futbol ailəsinin üzvlərini kədərləndirir və bu münasibətlə FİFA mərhumun ailəsinə, onu sevənlərə dərin hüznlə başsağlığı verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194

Oxşar yazılar