FHN Siyəzəndəki yanğınla bağlı məlumat yaydı
07 iyul 2014 11:03 (UTC +04:00)

FHN Siyəzəndəki yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndəki yanğınla bağlı rəsmi məlumat yayıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb. Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar