FHN neft quyusundakı yanğınla bağlı məlumat yaydı
14 may 2014 15:49 (UTC +04:00)

FHN neft quyusundakı yanğınla bağlı məlumat yaydı

0

Fövqəladə Hallar Nazirliyi Suraxanı rayonu Hövsan qəsəbəsində neft quyusunda baş verən yanğınla bağlı məlumat yayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fontan armaturasında neft-qaz fontanı baş verib. Nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kv. m. sahədə ətrafa yayılıb.

Quyunun yaxınlığında olan  qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 791

Oxşar yazılar