FHN əməkdaşları iki nəfəri xilas etdi
29 iyul 2015 18:14 (UTC +04:00)

FHN əməkdaşları iki nəfəri xilas etdi

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax şəhərində 1 nəfərin çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3000 m aralı, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 17:00-da başa çatıb.

 

Oxşar hadisə Bakıda da qeydə alınıb. Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 17:10-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar