Mingəçevirdə bir nəfər batmaq təhlükəsi ilə üzləşib.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən təxminən 100 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.