Fövqəladə Hallar Nazirliyi bu gün Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində təmir işləri aparılan zaman bədbəxt hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1973-cü il təvəllüdlü Elçin Vəhəd oğlu Əliyevin bədəninin bir hissəsi şaxta ilə liftin divarları arasında sıxılmış vəziyyətdə qalıb. E.Əliyev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
İlkin müəyinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub. Əməliyyat saat 12:37-də başa çatıb.