FHN Bakıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
29 may 2013 09:10 (UTC +04:00)

FHN Bakıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

0
 Fövqəladə Hallar Nazirliyi gecə saatlarında Bakının Nizami rayonu ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus “Hundai-Santafe” markalı minik avtomobili ilə “Vaz” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib.

 

Yanğın nəticəsində “Vaz” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

 

Qəza zamanı şəxsiyyətləri məlum olmayan 3 nəfər (2 sürücü 1 sərnişin) aldığı müxtəlif bədən xəsarətləri ilə Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına aparılıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. 

 

Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

APA-nın öncə verdiyi xəbərə görə, ötən gecə Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi zamanı toqquşan hər iki avtomobil yanıb.

 

Qəza nəticəsində “90-FP-014” dövlət qeydiyyat nişanlı “Vaz 21-014” və “10- XO-058” dövlət qeydiyyat nişanlı ”Hyundai” markalı avtomobillər toqquşub.

 

Hadisə yerinə Nizami Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib. Qəza nəticəsində yanan hər iki avtomobil söndürülüb.

 

Məlumata görə, qəzada 3 nəfər yaralanıb. Onlardan biri polis polkovniki Həsənov Elşən Ağahüseyn oğludur. O, Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisidir.

 

Digər yaralılar isə Bakı sakinləri, 24 yaşlı Əliyev Taleh Həsənağa oğlu və 1987-ci il təvəllüdlü Xəlilov Fərid Rasim oğludur.

 

Yaralılar 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.

 

Qəza baş verdiyi anlarda Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2139

Oxşar yazılar