Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun növbəti çempionatı Atıcılıq üzrə keçirilib.
Klubdan APA-ya verilən məlumata görə, FHN-in Akademiyasında baş tutan yarışa nazirliyin 25 komandası və hər komandadan iki iştirakçı qatılıb.
Strukturun regional bölmələrindən çempionatda Bakı, Sumqayıt, Gəncə, Şimal, Cənub və Qarabağdan olan iştirakçılar təmsil olunub.
FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev yarışın əhəmiyyətindən söz açıb və iştirakçılara uğurlar arzu edib. Daha sonra çempionata start verilib.
Yarışda həm komanda, həm şəxsi hesab müəyyən edilib. Yarışı baş hakim Yusif Abdullayev, hakim Məmmədəli Abdullayev izləyiblər.
Komanda hesabında qaliblər:
1-ci yer - FHN-nin Akademiyası (124 xal)
2-ci yer - Dövlət Yanğından Mühafizə Xidməti (123 xal)
3-cü yer – Dövlət Sularda Xilasetmə Xidməti (121 xal)
Şəxsi hesabda qaliblər:
1-ci yer – Babayev Seymur (DYMX – 71 xal)
2-ci yer Babayev Laçın (FHN-nin Akademiyası 68 xal)
3-cü yer Pişiyari Vaqif (DSXX – 65 xal)
Sonda Füzuli Musayev qaliblərə diplom, fəxri fərman, kubok və qiymətli hədiyyələr təqdim edib.