Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Nizami rayonunda, 4 nömrəli Ticarət mərkəzinin binasında partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşya aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən heç bir partlayıcı qurğu aşkar edilməyib.