Hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yeznəsi Zülfüqar Əzizov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Hüquq-mühafizə orqanlarından femida.az-a verilən məlumata görə, hadisə Bakı-Astara magistralının Alar kəndindən (Cəlilabad rayonu) keçən hissəsində baş verib.
Lənkəran rayon sakini Vəkil İsayev “Mercedes” markalı avtomaşını idarə edərkən, yolu keçən Zülfüqar Əzizovu vurub. Nəticədə, Zülfüqar Əzizov hadisə yerindəcə keçinib.
Qeyd edək ki, hadisə nəticəsində ölən Zülfüqar Əzizov sabiq nazirin bacısı Xalidə Əzizovanın həyat yoldaşı olub. O, son illərdə işsiz olsa da, F.Əliyev nazir ikən Biləsuvar Gömrük İdarəsində yüksək vəzifədə çalışıb.