Jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Lətif Hüseynov məlumat verib. Bölmə rəisinin dediyinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb.
Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxs tərəfindən döyülüb.