Fəhlə işlədiyi evdən külli miqdarda qızıl oğurladı
09 sentyabr 2019 11:01 (UTC +04:00)

Fəhlə işlədiyi evdən külli miqdarda qızıl oğurladı

Sentyabrın 6-da İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar polis əməkdaşları hadisə yerinə baxış keçirib. Zərərçəkənə məxsus evdən ümumi dəyəri 1400 manat olan 2 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və az məbləğdə pulun oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər həmin evdə fəhlə olaraq işləyən İsmayıllı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 37 yaşlı Elçin Ağayev olduğu müəyyən olunub və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı E. Ağayev törətdiyi əməli etiraf edərək oğurladığı qızıl-zinət əşyalarını Bərdə və Qəbələ rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdığını bildirib. Oğurlanmış qızılların bəzilərini həmin məntəqələrdən polis əməkdaşları maddi sübut kimi götürüb.

Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayevin digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mehman Nəbiyev

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009
avatar

Oxşar yazılar