Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları fahişəliklə məşğul olan qadınları saxlayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində iyulun 22-də Şirvan şəhər sakini Bədirə Cahangirova və Bakı şəhər sakini Nərmin İsgəndərova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiklərinə görə saxlanılıb.
Araşdırmalar davam etdirilir.