Dünən Kür çayında boğulan azyaşlının meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayonu, Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Məhəmməd Elməddin oğlu Paşayevin axtarışları başa çatıb.
M.Paşayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.