Gəncədə bədbəxt hadisə nəticəsində ağır xəsarət almış şəxs vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 27-də Nizami (Gəncə) rayonunun Gülüstan qəsəbəsində yaşayan Musa Abbasov evinin damında iş görərkən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş M.Abbasov iyunun 11-də orada ölüb.
Araşdırma aparılır.