Evdən 2400 dollar oğurlayan 40 yaşlı kişi tutuldu
12 yanvar 2016 12:17 (UTC +04:00)

Evdən 2400 dollar oğurlayan 40 yaşlı kişi tutuldu

Bakıda oğurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində Elsevər Zeynalovun yaşadığı mənzildən içərisində 2400 ABŞ dolları, şəxsiyyət və sürücülük vəsiqəsi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Rafiq Babayev tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar