Şirvanda evdən külli miqdarda pul oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 22-də Şirvan şəhər sakini Eldar Səfərovun evinə girib oradan 10.000 manat pulu və 1000 manat dəyərinə qızıl əşyaları soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Kamran Babayev tutulub.
Araşdırma aparılır.