Cəlilabad rayonunda törədilmiş oğurluq əməlinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Rusiya Federasiyası vətəndaşı Ramid Tağıyevə məxsus evdən 10000 ABŞ dolları və 4000 manat dəyərində qızıl əşyalar oğurlamış Muğan kənd sakini Əliqismət Dövlətov tutulub.
Araşdırma aparılır.