Ev heyvanları yanaraq öldü
18 mart 2019 23:24 (UTC +04:00)

Ev heyvanları yanaraq öldü

0
 
Lənkəranda şəxsi evin həyətində yanğın baş verib. 
 
ONA-nın cənub bürosundan verilən məlumata görə, axşam saatlarında şəhərin Zərifə Əliyeva küçəsi dalan 2, ev 9 ünvanında yanğın baş verib.
 
1949-cu il təvəllüdlü Vəliyev Akif Yəhya oğluna məxsus yardımçı tikilinin yanar konstruksiyaları 5 kv.m sahədə yanıb və içərisində olan 10 toyuq, 5 ördək tələf olub.
 
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının qarşısı alınıb, alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.
 
Hadisə zamanı xəsarət alan olmasa da, 1958-ci il təvəllüdlü Vəliyeva Gülxanım Şirməmməd qızı baş verən yanğın hadisəsindən təsirlənib və halı pisləşib.
 
O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 758

Oxşar yazılar