ƏSMN-də kollegiya iclası keçirilib
06 avqust 2013 14:50 (UTC +04:00)

ƏSMN-də kollegiya iclası keçirilib

Avqustun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2013-cü ilin birinci yarımilində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov açıb. Bildirilib ki, 6 ay müddətində ölkədə ümumi daxili məhsulun 5 faiz, o cümlədən yeni iş yerlərinin yaradılmasında mühüm əhəmiyyət kəsb edən qeyri-neft iqtisadiyyatının 11 faiz artdığını qeyd edib. İqtisadi artım sosial sahədə də müsbət göstəricilərin davamlı şəkildə yüksəlməsi ilə müşaiyət olunur. Bunun real ifadəsi kimi, cari ilin 6 ayında əhalinin pul gəlirləri 2 faizlik inflyasiya göstəricisini 5,1 faiz üstələyərək 7,1 faiz artıb, eyni zamanda 45 mini daimi olan 55 min yeni iş yeri açılıb.

 

İclasda nazirlik tərəfindən görülən işlər barədə məlumat verilərək bildirilib ki, cari ilin 1 iyul tarixinə respublikada 531 885 nəfəri əhatə edən 120 904 ailənin hər birinə ayda orta hesabla təxminən 120 manat olmaqla ünvanlı yardım verilir. Ehtiyac meyarının məbləği isə 2006-ci ildəki 30 manatla müqayisədə son 6 ildə təxminən 3,1 dəfə artırılaraq 93 manata çatdırılıb. Aztəminatlı ailələrin dövlət yardımından asılılığının aradan qaldırılması və  sosial reabilitasiyası məqsədilə hazırlanaraq iki il öncə sınaq işlərinə başlanılan Özünədəstək proqramı artıq öz müsbət nəticələrini verir. Belə ki, 13 rayon və şəhər üzrə proqrama cəlb olunmuş 271 ailədən 111 ailə üzrə proqram başa çatmış və cari ilin ilk rübündə aparılan monitorinq nəticəsində onlardan böyük əksəriyyətinin gəlirlərində mütəmadi artım dinamikası müşahidə edilib. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticəsi olaraq, cari ilin 6 ayında 13 777 nəfər vətəndaş münasib işlə təmin edilib, peşə hazırlığı kurslarına 1 887 nəfər cəlb olunub. 1 918 nəfər isə Əmək Birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilib.

 

Qeyd olunan müddətdə 4 423 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 8 054 halda qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. 355 421 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 324 732 manat gecikdirilmiş əmək haqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 16 nəfərin əvvəlki işinə bərpa olunması, 5 096 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib. Nazirlikdə yaradılan, ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu İctimai Şura cari ilin birinci yarısında da yeni sosial proqramların icrası, sosial qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması işlərində fəal iştirak edib. Hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı, Xaçmaz, Qax rayonlarında 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, Ağdam, İmişli, Beyləqan rayonlarında 6 mərtəbəli 54 mənzilli və Bakının Nizami rayonunda 1 ədəd 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının tikintisi işləri aparılır. Bakının Nərimanov rayonunda isə Gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi tikilməkdədir. 1998-ci ildən 2012-ci ilin dekabr ayınadək Respublikamıza əlillər üçün cəmi 3526 ədəd avtomobil alınıb gətirilmiş və imtiyazlı əlillər arasında paylanmışdır. Bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək. Yaşadıqları bölgələrdə vətəndaşların qəbulu, müraciətlərinin özlərinin iştirakı ilə araşdırılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir. Qeyd olunan dövrdə nazir Fizuli Ələkbərov tərəfindən nazirlikdə və respublikanın rayonlarında (Xaçmaz, Şabran, Qax, Ağstafa və Lənkəran rayonlarında) 13 vətəndaş qəbulu keçirilib, 500 nəfərədən artıq vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib, müraciətlərlə bağlı konkret tədbirlər görülüb. Vətəndaş qəbulları zamanı müraciətlərin araşdırılması ilə yanaşı, aztəminatlı ailələrin gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmaq üçün malik olduqları potensiallar da ətraflı öyrənilib.

 

Kollegiya iclasında görülən işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə edilib və sonda nazirliyin Kollegiyası tərəfindən 2013-cü ilin ikinci yarısı üçün Tədbirlər Planı təsdiq edilib.

 

 

 

 

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

İctimaiyyətlə əlaqələr şöbəsi

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10