APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Əsgərin vəziyyəti kafi qiymətləndirilir.