Ermənilər qəbiristanlığa gedən dinc sakinləri atəşə tutdu
13 mart 2015 13:54 (UTC +04:00)

Ermənilər qəbiristanlığa gedən dinc sakinləri atəşə tutdu

0
Erməni işğalçıları Ağdam istiqamətində bayram öncəsi doğmalarının məzarlarını ziyarətə gedənləri atəşə tutublar.

 

Bu barədə APA-nın Qarabağ bürosuna yerli sakinlər məlumat verib. Ziyarətə gedənlərdən biri - Lətifə Qasımova bildirib ki, işğal altında olan Baş Qərvənd kəndinin qəbristanlığı qoşunların təmas xəttində yerləşir və atəş altındadır. Məzarlığın çox hissəsi ermənilər tərəfindən aydın müşahidə olunduğundan, atəşkəs dövründə həyatdan köçənlər əsasən məzarlığın bir hissəsində dəfn olunurlar. Müharibəyə qədər və müharibə dövründə dəfn edilənlərin məzarlarını ziyarət etmək demək olar ki, mümkün deyil.

 

Baş Qərvənd sakini İsrail Bağırov deyib ki, qəbristanlığın atəşə tutulması nəticəsində məzar daşlarına xeyli sayda güllə dəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar