Ermənilər avtomobili atəşə tutdu: yaralanan var
02 avqust 2013 14:51 (UTC +04:00)

Ermənilər avtomobili atəşə tutdu: yaralanan var

Ermənilər mülki azərbaycanlını yaralayıblar. Lent.az-ın  anspress-ə istinadən verdiyi məlumata görə, hadisə ötən gün saat 16:00 radələrində baş verib. “QazEL” markalı avtomaşın Qazax-Quşçu Ayrım avtomobil yolunun Abbasbəyli kəndi ərazisindən keçərkən ermənilər tərəfindən atəşə tutulub. Hadisə zamanı sürücü xəsarət almasa da, onun sərnişini, Ağköynək kənd sakini, 27 yaşlı Hüseynov İqbal İlqar oğlu belindən güllə yarası alıb. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Xəstəxanaya yerləşdirilən gəncin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Güllə yarası alan İqbal Hüseynov Ermənistanla sərhəddə yerləşən Abbasbəyli kəndindəki gölün yaxınlığında çimməyə getdiyini deyir. O qayıdarkən "Qazel" markalı avtomaşın qəfildən düşmən tərəfindən 2 istiqamətdən atəşə tutulub. 

Qeyd edək ki, adıçəkilən göl düşmən mövqelərinin yaxınlığında yerləşir və bu ərazidə erməni tərəfi mütəmadi olaraq atəşkəsi pozur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1903
avatar

Oxşar yazılar