Ermənilər 5 rayonu atəşə tutdu
02 oktyabr 2014 10:00 (UTC +04:00)

Ermənilər 5 rayonu atəşə tutdu

 

Erməni silahlı bölmələri dünən və bu gecə mövqelərimizi atəşə tutub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.  


Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Səlcuq Elçin

Oxşar yazılar