Ermənilər 4 rayonumuzu atəşə tutub
03 oktyabr 2014 10:26 (UTC +04:00)

Ermənilər 4 rayonumuzu atəşə tutub

Erməni silahlı bölmələri dünən və bu gecə mövqelərimizi atəşə tutub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Bundan başqa Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar