Erməni polkovnik atışmada yaralanıb
03 iyun 2013 16:43 (UTC +04:00)

Erməni polkovnik atışmada yaralanıb

Atışma zamanı polkovnikin qardaşı öldürülüb, bir qohumu isə yaralanıb


 

Qarabağda xidmət edən Ermənistan ordusunun polkovniki Gorusda Sünik əyalətinin qubernatorunun evinin yaxınlığında baş vermiş atışmada ağır yaralanıb. APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi atışmada yaralanmış 42 yaşlı polkovnik Artak Budaqyanın vəziyyətini stabil-ağır olduğu açıqlayıb.

 

Atışma zamanı zabitin bir qardaşı ölüb, yaxın qohumu isə ağır yaralanıb.  Hadisənin qubernatorun bağında qonaqlıq zamanı baş verdiyi bildirilib. Axtarış zamanı hər iki tərəfdən hadisə iştirakçılarının evlərindən çox sayda odlu silah götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Oxşar yazılar