Dünən cəbhə xəttində baş verən atışma zamanı bir erməni əsgəri yaralanıb. Lent.az-ın məlumatına görə, ermənilər atəşkəsi pozublar və düşmən cavab atəşi ilə susdurulub. Atışma zamanı erməni əsgər, 1994-cü il təvəllüdlü Arşak Mkrtçyan yaralanıb.
Əsgərin yaralanmasını qondarma “Dağlıq Qarabağ respublikası”nın müdafiə nazirliyi də təsdiq edib.