Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində çoban itkin düşüb.
APA-nın “Panorama.am”a istinadən verdiyi məlumata görə, 37 yaşlı Aknaxpur kənd sakininin itkin düşməsi barədə xəbəri Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.
İyunun 6-da gecə nazirliyin xilasetmə xidmətinə həmin şəxsin qoyunları otarmağa apardığı və geri qayıtmadığı barədə məlumat daxil olub.
Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb.