Ərindən boşanan 24 yaşlı şəxs özünü öldürdü
27 iyul 2015 17:43 (UTC +04:00)

Ərindən boşanan 24 yaşlı şəxs özünü öldürdü

0

 

 

Ağdamda intihar hadisəsi qeydə alınıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun işğal altında olan Tərneft kəndindən məcburi köçkün, 1991-ci il təvəllüdlü İbrahimova Zənurə Araz qızı yaşadığı evdə özünü asıb.

 

Onun əsəb xəstəsi olduğu bildirilir.

 

Z. İbrahimova ailəli olub, iki ay əvvəl isə boşanaraq rayon ərazisində məcburi köçkünlər üçün salınan İmamqulubəyli-1 köçkün qəsəbəsində yerləşən ata evinə qayıdıb.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar