İranın Ərdəbil vilayətində bir nəfər edam edilib. APA-nın məlumatına görə, həmin şəxs narkotik maddələrin daşınması və saxlanılmasında ittiham olunub. Onun ad və soyadı açıqlanmır.
56 yaşlı məhbus üzərində 991 qram heroinlə tutulduğuna görə ölüm hökmünə məhkum edilib.
Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra avqustun 26-da səhər saatlarında Ərdəbildə icra edilib.