Qənirə Paşayeva Polşanın İşəgötürənlər Konfederasiyasının prezidenti ilə görüşüb
16 iyun 2016 16:15 (UTC +04:00)

Qənirə Paşayeva Polşanın İşəgötürənlər Konfederasiyasının prezidenti ilə görüşüb

 

Millət vəkili Qənirə Paşayeva Polşanın İşəgötürənlər Konfederasiyasının prezidenti, sabiq Əmək naziri Henryka Bochniarzın  rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan parlamentinin Polşa  ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmindən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub.

 

Müzakirələr zamanı millət vəkili Q.Paşayeva  Henryka Bochniarzın  rəhbərlik etdiyi nümayəndə heyətinə və Polşanın fəal qadın təşkilatları rəhbərlərinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.  Millət vəkili Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından da danışıb. Millət vəkili 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsindən söhbət açıb.

 

Henryka Bochniarz və Polşanın fəal qadın təşkilatlarının rəhbərləri iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.  Q. Paşayeva Henryka Bochniarzın  rəhbərlik etdiyi nümayəndə heyətinə və  Polşanın fəal qadın təşkilatlarının rəhbərlərinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onları Azərbaycana dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 88
avatar

Oxşar yazılar