Əlcəzair ordusunun əməliyyatı uğurlu alınmayıb
Bu gün Əlcəzair ordusu ölkənin şərqindəki Ayn Emnas bölgəsindəki qaz platformasında “Əl-Qaidə” terror təşkilatına yaxın qruplaşma tərəfindən əsir götürülən xarici ölkə vətəndaşlarının azad edilməsi üçün əməliyyat keçirib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hərbi vertolyotların dəstəyi ilə keçirilən əməliyyat uğurlu alınmayıb.
Əməliyyat zamanı qruplaşmanın rəhbəri Abu Baraa da daxil olmaqla, 15 silahlı öldürülüb, silahlıların girov götürdüyü 34 nəfər də həyatını itirib. Əməliyyatdan əvvəl silahlıların girov götürdüyü şəxslərdən 20-i qaçmağı bacarıb.
Qeyd edək ki, “Əl-Qaidə”yə yaxıqnlığı ilə seçilən qruplaşma bu aksiyanı Fransa ordusunun Malidə islamçılara qarşı başladığı əməliyyatlara etiraz olaraq həyata keçirdiyini bəyan etmiş, Fransanın əməliyyatları dayandırmasını tələb etmişdi.