Əməkdar artist xəstəxanaya yerləşdirildi
29 aprel 2017 01:14 (UTC +04:00)

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib.

 

Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. Aktyorun sözlərinə görə, onun təzyiqi qalxıb.

 

"Bu aylar qanqaynayan vaxtdır, təzyiqi olanlar üçün təhlükəlidir. Həkimlər dedi ki, xəstəxanaya gedək, yoxsa insult keçirərsən. İndi özümü yaxşı hiss edirəm.”

 

Əjdər Həmidov hazırda 1 saylı Şəhər Klinik Xəstəxənasında müalicə olunduğunu deyib:

 

“Darıxıram. Məni ən çox üzən də budur. Aktyor adamam, səhnə, dostlarım üçün darıxıram. Sənət adamları bir yerdə otura bilmir."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar