“Nə oldusa, 20 dəqiqənin içində oldu”. Bunu APA-ya açıqlamasında KXCP üzvü Elman Türkoğlu oğlu Məhəmmədəmin Həsənlinin intiharı barədə danışarkən deyib.
E. Türkoğlu qeyd edib ki, oğlu intihar etməzdən əvvəl buraxılış imtahanlarının nəticəsini öyrənmək üçün ondan bir manat istəyib: “İşdən evə gəldim, birlikdə çörək yedik. Bir qədər sonra internet klubda buraxılış imtahanlarının nəticələrini öyrənmək üçün məndən 1 manat istədi. Məndən pulu aldı. 20 dəqiqədən sonra isə uşaq asılı vəziyyətdə tapıldı. Nə olubsa, 20 dəqiqənin içində olub. Onu təxminən saat 1-ə 20 dəqiqə qalmış asılı vəziyyətdə görüblər. Məhəmmədəmin özünü ayaqyolunda asmışdı”.
E. Türkoğlu onu da bildirib ki, oğlu intihar etməzdən əvvəl bu barədə heç kimə heç nə deməyib, üstündə heç bir kağız olmayıb.
****
9:46
Məhəmmədəmin Həsənli yaşadığı qaçqın yataqxanasında özünü asaraq həyatına son qoyub
Bu gecə saat 03:00 radələrində bayraqdar Elman Türkoğlunun oğlu Məhəmmədəmin Həsənli intihar edib. Bu barədə məlumatı KXCP sədrinin müavini Xəzər Teyyublu verib. Hadisə yerində olan X.Teyyublunun sözlərinə görə, M.Həsənli yaşadığı qaçqın yataqxanasında özünü asaraq həyatına son qoyub. Hələlik intiharın səbəbi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.
M.Həsənli 1996-cı il fevralın 9-da Bakı şəhərində anadan olub.
Qeyd edək ki, Elman Türkoğlunun digər oğlu Elçibəy Həsənli hazırda hərbi xidmətdədir.
Baş vermiş faciə ilə bağlı bayraqdar Elman Türkoğluya dərin hüznlə baş sağlığı verir, ona Allahdan səbr diləyirik.teleqraf.az