Əlil avtomobili ağır qəzaya düşdü: 3 yaralı
21 may 2017 15:02 (UTC +04:00)

Əlil avtomobili ağır qəzaya düşdü: 3 yaralı

0

Salyan şəhərinin mərkəzində 2-ci qrup Qarabağ əlili, Qaradağ rayonunun Ələt qəsəbə sakini 46 yaşlı Şahsuvarov Elçin Abasət oğlunun idarə etdiyi “Naz-Lifan” markalı əlil avtomobili taksi fəaliyyəti ilə məşğul olan VAZ-21015 markalı, Salyan rayonunun Xocalı kənd sakini 45 yaşlı İsmayılov Müşfiq Ramiz oğlunun idarə etdiyi avtomaşınla toqquşub.

Lent.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, qəza nəticəsində “Naz-Lifan”ın sərnişini, Cəlilabad rayon sakini, 31 yaşlı Hökməliyev İqbal Əlizadə oğlu, sürücüsü Elçin Şahsuvarov və VAZ-21015-in sürücüsü Müşfiq İsmayılov aşağı ətrafların və bel nahiyələrinin əzilməsi diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsondə araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar