Əli Həsənovdan jurnalistin ölümü ilə bağlı açıqlama
09 avqust 2015 14:15 (UTC +04:00)

Əli Həsənovdan jurnalistin ölümü ilə bağlı açıqlama

“Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır”.

 

Bunu APA-ya açıqlamasında  Azərbaycanın Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənov deyib.


Ə. Həsənov bildirib ki,  Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.

 

Ə. Həsənov qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məslələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

“Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik” deyə, Prezidentin köməkçisi vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar