Ələtdə qumbaralar aşkarlanıb
12 may 2017 18:42 (UTC +04:00)

Ələtdə qumbaralar aşkarlanıb

0

 

Ələt qəsəbəsində döyüş sursatı aşkar  edilib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, Nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

 

 Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Mütəxəssislər tərəfindən döyüş tətbiqinə yararlı 5 ədəd F-1 markalı əl qumbarası və 4 ədəd əl qumbarasının (UZRQM) partladıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 15:30-da başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar