
Elektron sınaq imtahanı keçiriləcək
0
0
Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə mayın 1-də keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 1 may saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün ttp://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. DİM təkrar imtahanda iştirak etmək istəyənlərin bunu nəzərə almasını xahiş edir.
0
0
Oxşar yazılar

Türkiyədə polisləri şəhid edən yeniyetmə öldü -YENİLƏNİB
8 sentyabr 2025 , 13:07
Masazırda mənzildə meyit tapıldı
8 sentyabr 2025 , 13:04
Turizm şirkətlərinin fırıldaqçılığı ilə bağlı cinayət işi açıldı
8 sentyabr 2025 , 12:42
Türkiyə vətəndaşı Bakı-Qazax yolunda qəza törətdi
8 sentyabr 2025 , 12:13
Xaçmazda "Toyota" ilə vurulan piyada öldü
8 sentyabr 2025 , 11:37
Bakıda narkokuryer saxlanıldı -VİDEO
8 sentyabr 2025 , 10:22
Bibiheybətdə istirahət mərkəzində yanğın
8 sentyabr 2025 , 09:38