Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolundakı zəncirvari qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, mayın 14-də Biləsuvarda "QAZEL" markalı yük avtomobili, "SEAT","PEUGEOT" və "MERSEDES" markalı minik avtomobilləri toqquşub.
Nəticədə "PEUGEOT" markalı avtomobilin sürücüsü Abdullayev Kamal Müştabə oğlu sıxılıb qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyati üzrə təhvil verilib.
***
14:56
Ələt-Astara yolunda zəncirvarı qəza baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Ölən şəxs Biləsuvar rayon sakini, 1960-cı il təvəllüdlü Kamal Abdullayevdir.
Hazırda yol polisi əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Qeyd edək ki, toqquşan avtomobillərdən biri yük maşını olub.